"Qarabağ"dan Mahir açıqlaması: "Hazırda bu, müzakirə mövzusu deyil"

20 Fevral 2021 16:00 Qarabağ 538
"Qarabağ"dan Mahir açıqlaması: "Hazırda bu, müzakirə mövzusu deyil"

«Ona hələ qış fasiləsində kifayət qədər ciddi təkliflər gəlib».

Bu sözləri Sportinfo.az-a açqlamasında «Qarabağ»ın mətbuat katibinin rəhbəri Gündüz Abbaszadə deyib.

Müqaviləsi yayda başa çatacaq Mahir Emredinin 4 ay sonra düşərgəni birtdəfəlik tərk edəcəyi barədə xəbərlərə münasibət bildirən klub rəsmisi tələsməməyi məsləhət görüb:

«Mövsümün ortası olduğu və komandaya kömək etməsi üçün bu məsələnin müzakirəsinin yaya saxlanılmasıı lazım bilinib.

Mövsüm başa çatan kimi bu məsələyə yenidən baxılacaq və danışıqlar aparılacaq. Hazırda bu, müzakirə mövzusu deyil. Nəzərə alaq ki, artıq «transfer pəncərəsi» də bağlıdır".

Digər Xəbərlər
Xəbər Lenti