Qurban Qurbanovun cəzası: "Qalib gəlsək, o, mükafat almayacaq"

20 Fevral 2021 15:00 Qarabağ 673
Qurban Qurbanovun cəzası: "Qalib gəlsək, o, mükafat almayacaq"

"Qarabağ" Kevin Medinanı cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.

O, Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi"yə 1:2 hesab ilə uduzduqları matçda birbaşa qırmızı vərəqə alan kolumbiyalı müdafiəçiyə cəza verdiklərini bildirib:

"Qarşıdakı oyunlarda qalib gəlsək, mükafat almayacaq. Hərəkətindən çox narazı qaldım. Bu cür təcrübəli futbolçu belə səhvlər etməməlidir".

Medina görüşün 73-cü dəqiqəsində rəqib oyunçu Mamadu Kaneni kəllə ilə vurub. Bu, oyunun rəsmi protokolunda təcavüzkar davranış kimi qeyd edilib. Sözügedən hərəkətinə görə, o, 4 oyunluq cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti