“Qarabağ”dan böyük... FOTO

19 Fevral 2021 17:20 Qarabağ 492
“Qarabağ”dan böyük... FOTO

“Qarabağ” bu gün Premyer Liqanın 16-cı turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, bu mövsüm komandalar çempionatda iki dəfə üz-üzə gəliblər.

Mövsümün Sumqayıtda baş tutan ilk duelində məhsuldar heç-heçə qeydə alınıb – 2:2. Ağdam klubu “Azersun Arena”da rəqibini qəbul etdiyi görüşdə isə 6:1 hesablı qələbə qazanıb.

Bu qarşılaşma komandaların çempionatda 34-cü oyunu olacaq. Əvvəlki oyunların 24-də Ağdam klubu, 5-də Sumqayıt təmsilçisi qələbə qazanıb. 4 görüşdə isə heç-heçə qeydə alınıb. Top-fərqində də “Qarabağ” böyük fərqlə öndədir – 73-17.

Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək matçın start fiti saat 18:00-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı