Menecerlər “Qarabağ”dan yalan yayıb: “Onun xidmətində maraqlıyıq”

18 Fevral 2021 20:20 Qarabağ 1 222
Menecerlər “Qarabağ”dan yalan yayıb: “Onun xidmətində maraqlıyıq”

“Kevin Medinaya görə heş bir klubdan transfer təklifi almamıəşıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

İsrail mətbuatında yayılan xəbərə görə, “Qarabağ”ın müdafiəçisi Kevin Medina karyerasını bu ölkədə davam etdirə bilər.

Yerli həmkarlarımız iddia edib ki, kolumbiyalı legioner “Makkabi”nin maraq dairəsinə düşüb.

İsrail mediasının yazdığına görə, Hayfa təmsilçisi onu Ağdam təmsilçisinin Avroliqada Təl-Əviv “Makkabi”si ilə oyunlarında bəyənib və tezlikıə danışıqlara başlamaq istəyir.

G.Abbaszadə bu məlumatların menecerlərin maraqlarına xidmət etdiyini bildirib: “Düşünürük ki, bu, agentlərin spekulativ yaydığı xəbərdən başqa bir şey deyil.

Medianin komandaya yayda gəlməsini nəzərə alsaq, onun xidmətində maraqlıyıq. Hər hansı təklif yoxdursa, bu barədə geniş danışmağa lüzum qalmır. Rəsmi təklif olsa, buna münaisbət bildirmək olar”.

Digər Xəbərlər
Xəbər Lenti