Qurban Qurbanovu üzən durum

19 Fevral 2021 09:40 Qarabağ 1 121
Qurban Qurbanovu üzən durum

"Qarabağ" bu gün Premyer Liqanın 16-cı turu çərçivəsində "Sumqayıt"la keçirəcəyi oyuna ciddi itkilərlə çıxacaq.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, zədə səbəbindən "Neftçi" ilə oyunu buraxan Rahil Məmmədov bu gün də meydanda olmayacaq.

Sözügedən müdafiəçidən başqa, komandanın əsas heyət üzvü sayılan Ovusu Kvabena da zədədən əziyyət çəkir. Son derbidə sıradan çıxan qanalı hücumçunun "Sumqayıt"la görüşə hazır olmayacağı dəqiqdir.

Xeyli müddətdir yaşıl sahələrdən uzaq düşən Filip Ozobiçin durumu isə sual altındadır. Qurban Qurbanov komanda ilə məşqlərə yenicə başlayan xorvatiyalı yarımmüdafiəçinin vəziyyəti ilə bağlı həkimlərlə məsləhətləşəcək, sonra qərar verəcək.

"Neftçi" ilə matçda aldığı qırmızı vərəqə səbəbindən Kevin Medina da sabahkı görüşü buraxacaq. Kolumbiyalı müdafiəçiyə 4 oyunluq cəza verilib.

"Sumqayıt"da isə kapitan Vurğun Hüseynovla cinah müdafiəçisi Cabir Əmirlinin zədəsi davam edir. Hər iki futbolçu "Qarabağ"a qarşı oynamayacaq.

"Kapital Banl Arena"da keçiriləcək "Sumqayıt" - "Qarabağ" görüşü saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti