Emil Balayevin atası: "Xaricdən təklif olsa, o, yəqin ki, gedər"

21 Yanvar 2021 15:00 Qarabağ 1 397
Emil Balayevin atası: "Xaricdən təklif olsa, o, yəqin ki, gedər"

"Yaxşı olardı ki, karyerası ilə bağlı oğlum danışardı. Özü daha yaxşı bilər".

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin və "Qarabağ"ın qapıçısı Emil Balayevin atası Nazim Balayev deyib.

O. son vaxtlar oyun praktikasının azlığından əziyyət çəkən və yenidən legioner həyatı yaşaması gündəmə gələn Emil haqda çıxan transfer xəbərlərinə münasibət bildirib:

"Başım o qədər qarışıqdır ki, heç gələcəklə bağlı nə düşünməsini soruşmuram. Sadəcə, deyir ki, "Qarabağ"da hər şey yaxşıdır.

Düzdür, bura gələndən sonra davamlı oynasa, yaxşı olardı. Amma bu, futboldur - eniş də olur, yüksəliş də.

Bundan sonra yenidən millidə və "Qarabağ"da "1 nömrə" ola bilər. Mən bunu görürəm. Niyə də olmasın? Şahruddinlə Emil arasında qardaşlıq münasibəti var.

Şahruddini yaxından tanıyırıq, çox mərifətli, qanacaqlı oğlandı. Futbolda qabağa da gedə bilərsən, əksi də ola bilər. Hansı güclüdür, qoy, o getsin irəli.

Fərqi yoxdur, mənim oğlumdur, Şahruddindir, ya bir başqası olsun. Əsas odur, Azərbaycanın adını uğurla təmsil etsinlər. Futbol komanda oyunudur, vacib odur ki, dövlətimizi yaxşı təmsil etsinlər.

Mənim oğlum olsun və ya başqası fərq etməz. Şahruddin də mənim balamdır. Təki meydanda rəqabət aparsınlar, bundan futbolumuz qazansın, biz də baxaq sevinək.

Bəlkə də hansısa klub Emili çağırdı və getdi. Xaricdən təklif olsa, yəqin ki, gedər. Bu da normaldır. Elə gün olur, Emil 2 dəfə məşq edir.

Onda hazırda heç bir motivasiya düşkünlüyü yoxdur. Əksinə, daha inamla hazırlaşır. Gündə iki dəfə məşq edən adamda nə düşkünlük olacaq? Konkret öz üzərində işləyən uşaqdır".

Digər Xəbərlər
Xəbər Lenti