"Qarabağ"ın kapitanı: "Sabah" təhülkəlidir, ona autsayder kimi baxmaq olmaz"

20 Yanvar 2021 21:00 Qarabağ 428
"Qarabağ"ın kapitanı: "Sabah" təhülkəlidir, ona autsayder kimi baxmaq olmaz"

"Oyuna çıxanda rəqibin mövqeyinə baxmırıq. Komandanın birinci və ya sonuncu olmasına fikir vermirik".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın kapitanı Maksim Medvedevə məxsusdur.

Ağdam klubu Premyer Liqada mövsümün ikinci yarısına sabah "Sabah"a qarşı oyunla start verəcək. Müdafiəçi rəqibi yaxşı tanıdıqlarını söyləyib:

"Bilirik ki, onlara autsayder kimi baxmaq olmaz. Çünki çox yaxşı komandadır. Ola bilsin, hansısa matçlarda xal və ya xallar qazana bilməyiblər.

Amma oyunlarına baxanda görürsən ki, təhlükəli komandadır. Ən güclü rəqibə qarşı necə hazırlaşırıqsa, "Sabah"la matça da eyni qaydada ciddi yanaşırıq.

"Qarabağ"ın qarşısında bir məqsəd var. Buna görə də rəqibin kimliyindən asılı olmayaraq, meydana çıxıb öz oyunumuzu sərgiləyəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti