Mahir Emreli karyerasını bu klubda davam etdirəcək

20 Yanvar 2021 15:00 Qarabağ 4 512
Mahir Emreli karyerasını bu klubda davam etdirəcək

Azərbaycanda bəzi futbolçular var ki, futbolla yox, şoumenliklə məşğuldurlar.

Bunlar daim gündəmdədirlər.

Bir qrup var ki, onun təbliğatı ilə məşğuldur, yerdə qalan qrup – ictimaiyyət də tənqidi ilə. Belələri ictimaiyyətin tənqidini vecinə də almır.

Şou əhlinin öz aləmi var. Belə şoumen-futbolçulardan biri də Mahir Emrelidir. Son günlər eşidirəm ki, Mahirin üstündə bir sıra klublar davaya çıxıblar.

Nə bilim, bir müddət yazdılar ki, onunla hansısa İspaniya klubu maraqlanır. Amma o “ağıllı” klubdan səs çıxmadı.

Sonra da dedilər ki, “Beşiktaş” əlimyandıda Mahiri axtarır. Amma sonradan bəlli oldu ki, “Beşiktaş” da başdanxarab deyilmiş.

İndi də yazırlar ki, Polşa klubu Mahirlə maraqlanır.

Gəlin sizə konkret deyim: Mahir Emreli heç vaxt legioner həyatı yaşamayacaq. Birincisi, olduqca istedadsızdır.

Təbliğatını quran şoumenlər, bir də Qurban Qurbanovun ağlasığmaz “inamı” olmasaydı, indi özünü tamamilə kənd təsərrüfatına, fermaya, maldarlığa həsr etmişdi.

Amma həmin qrupla Qurban Qurbanov birləşərək onu bacardığı işlə məşğul olmağa qoymurlar.

Bax, Mahir Emerilinin bundan sonrakı karyerasının necə olacağını deyirəm: Son dəqiqə xəbəri - “Qarabağ”dan sonra “Zirə”yə keçəcək.

Oradan da “Keşlə”yə adlayacaq. Sonra Biləcəridən o tərəfə (həyəcanlanmayın) “Sumqayıt”da peyda olacaq. Lap axırda “Səbail”də oynayacaq (təbii, “Səbail” o vaxta qədər ölməyib sağ qalsa).

Vəssalam, başqa heç nəyə ümid etməyin.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti