Nurlan İbrahimov "Qarabağ"dan ayrıldı

19 Yanvar 18:00 Qarabağ 495
Nurlan İbrahimov "Qarabağ"dan ayrıldı

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov vəzifəsindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında məlumat verib.

İbrahimov 15 illik “Qarabağ” karyerasının sona çatdığını açıqlayıb.

Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı ermənilərin mülki əhaliyə etdiyi hücumdan sonra sosial şəbəkədəki paylaşımına görə UEFA-dan cəza almışdı. O, qitə futbol qurumu tərəfindən ömürlük futboldan uzaqlaşdırılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 12:40 "İndi daha yaxşıyıq"