Türkiyə klubu "Qarabağ"ın müdafiəçisinə 250 min təklif etdi

18 Yanvar 2021 20:40 Qarabağ 1 485
Türkiyə klubu "Qarabağ"ın müdafiəçisinə 250 min təklif etdi

Türkiyə I Liqasında çıxış edən «Adana Dəmirspor» «Qarabağ»ın legioneri Donald Geryeni transfer etmək niyyətindədir.

Sportinfo.az-ın məlumatına görə, Adana klubu vxtilə «Alanyaspor»un şərəfini qorumuş haitili müdafiəçiyə dəvət göndərib.

Super Liqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparan «dəmirçilər»in irəli sürdüyü təklif 2 illikdir.

Komanda 17 turdan sonra 31 calla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Ötən mövsüm pley-off mərhələsində «Faatih Karagümrük»ə uduzaraq, elitaya yüksələ bilməyən «Adana Dəmirspor» Geryeyə ödəməyə hazır olduğu illik məbləğ 250 min dollardır.

Onun «Qarabağ»la söxzləşməsinin gələn ilin yayında bitəcəyini yada salaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!