"Qarabağ"dan gedən hücumçu özünü dəliliyə vurub? - FOTO

13 Yanvar 10:40 Qarabağ 652
"Qarabağ"dan gedən hücumçu özünü dəliliyə vurub? - FOTO

Qarabağ"ın sabiq legioneri Maqaye Geye hazırda çıxış etdiyi "Dinamo"da problemlə üzləşib.

Sportinfo.az xəbər verir ki, Seneqal əsilli fransalı hücumçu bir neçə aydır maaş ala bilmir.

Buxarest təmsilçisində ayda 25000 avro qazanan 31 yaşlı forvardın psixologiyasının pozulduğu bildirilir.

İddiaya görə, artıq meydana çıxmaq istəməyən futbolçu zədəli olduğunu bəhanə edərək, matçlarda iştirak etmir.

Maqaye Qeye 2019/2020 mövsümündə "Qarabağ"ın heyətində 28 oyun keçirib və 8 qol vurub. O, 2020-ci ilin oktyabrında "Dinamo"ya keçib. (Report)

Digər Xəbərlər
Xəbər Lenti