Güclü qar və korona testi "Qarabağ"a 2 problem yaratdı

12 Yanvar 2021 09:40 Qarabağ 650
Güclü qar və korona testi "Qarabağ"a 2 problem yaratdı

«Qarabağ»ın 2 legioneri bu gün Azərbaycana qayıdacaq.

Bu barədə Sportinfo.az-a klubdan məlumat verilib.

Bildirilib ki, Xayme Romero və Donald Gerye müxətlif səbəblərdən qış hazırlıq prosesinin ilkin mərhələsini buraxıb. Belə ki, dekabrın 25-də ölkələrinə yollanan əcnəbilərdən ispaniyalı yarımmüdafiəçi hava şəraitinin kəskin pisləşməsi üzündən problem yaşayıb.

Güclü qar yağıntısı Madriddən İstanbula uçuşların dayanmasını şərtləndirib. Odur ki, Romero icazə aldığı vaxtdan 2 gün sonra düşərgəyə dönmək məcburiyyətində qalıb.

Geryeyə gəlincə, haitili müdafiəçi Nyo-Yorkda «ilişib qalıb». Ondan təkrar koronavirus testi götürülüb və cavabı gec çıxdığı üçün ABŞ-dan Türkiyəyə son 2 təyyarə reysini buraxmalıı olub.

Digər Xəbərlər
Xəbər Lenti