Qurbanov onun "Qarabağ" forması geyinməsinə razı olmadı

11 Yanvar 2021 16:20 Qarabağ 1 476
Qurbanov onun "Qarabağ" forması geyinməsinə razı olmadı

Ötən yay "Sumqayıt"la müqaviləsini uzatmayaraq "Atromitos"a üz tutan Əmir Ağayev Azərbaycana dönməyə növbəti dəvə cəhd göstərib.

Sportinfo.az-ın məlumatına görə, israilli yarıımmüdaiəçi menecerlər vasitəsilə "Qarabağ"a öz xidmətini təklif edib.

Lakin gözlədiyinin əksinə, Qurban Qurbanov onun keçidinə isti münasibət bəsləməyib. Ağdamlıların baş məşqçisi AFFA-nın milliləşdirmək istədiyi orta sahə oyunçusunun komandanı gücləndirməyəcəyi fikrindədir.

Güman ki, bu, illər əvvəl Ağayevin "Qarabağ"dan gələn dəvəti geri çevirməsinin qarşılığıdır. İndi isə val dəyişib, Yunanıstan klubunda işləri yaxşı getmir. 1+1 illik müqavilə bağladığı Ellada təmsilçisində az-az forma şansı qazanır.

Digər Xəbərlər
Xəbər Lenti