"Qurban Qurbanovla transfer haqda söhbətimiz olmayıb"

10 Yanvar 2021 16:00 Qarabağ 600
"Qurban Qurbanovla transfer haqda söhbətimiz olmayıb"

«Qurban Qurbanovla yeni transferlər mövzusunda görüşümüz hələ olmayıb».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın direktoru Əmrah Çəlikəl deyib.

Ağdam klubunun bir nömrəli idarəçisi transfer çalışmaları ilə skaut qrupunun məşğul olduğunu bildirib:

«Onlar ilboyu axtarışdadır və öz namizədlərini hər dəfə məşqçi korpusuna təqdim edirlər. Baş məşqçi də məsləhət bilirsə, onun üzərində dayanırıq.

Sonra biz bu barədə rəhbərliyə məlumat verib, yekun qərarı gözləyirik. Hələlik heç bir yeni legionerə dəvət göndərməmişik. Kiminsə komandadan getməsi də gözlənilmir».

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!