Mahiri nə "Beşiktaş" istəyir, nə də bu ölkənin klubları - AÇIQLAMA

9 Yanvar 2021 13:00 Qarabağ 2 499
Mahiri nə "Beşiktaş" istəyir, nə də bu ölkənin klubları - AÇIQLAMA

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli karyerasını Belçika çempionatında davam etdirə biləcəyi haqda xəbərlər yayılıb.

Bu ölkənin "voetbalnieuws.be" saytının iddiasıına görə, yerli çempionatda çıxış edən bir neçə klub 24 yaşlı hücumçu ilə yaxından maraqlanır.

Komandaların adları açıqlanmasa da, hazırda "Vasland-Beveren", "Zülte-Varagem", "Standard", "Sent-Trüden" və "Mexelen" kimi yüksək liqa təmsilçilərinin mərkəz hücumçu axtardıqları bildirilib.

Daha əvvəl "Beşiktaş"ın da Mahir Emrelinin xidmətində maraqlı olduğu ilə bağlı xəbər yayılıb.

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Sportinfo.az-a açıqlamasında Mahir də daxil olmaqla, heç bir futbolçuya görə rəsmi təklifin gəlmədiyini bildirib:

"Yayılan məlumatlarla tanışıq. Bunlar, sadəcə, mətbuatda yazılaanlardır. Klubumuza heç bir rəsmi müraciət daxil olmayıb. Belə bir təklif gəlmədiyi halda, hanısa transfer çalışmasından danışmağa dəyməz".

Digər Xəbərlər
Xəbər Lenti