"Biz elə hamını məhkəməyə verməliyik?" - QALMAQAL

18 Sentyabr 01:50 Qalmaqal 531
"Biz elə hamını məhkəməyə verməliyik?" - QALMAQAL

Bakı Apelyasiya Məhkəməsində "Rising Star" MMC-nin taekvondoçu Fəridə Əzizova və tanışı Aysel İsgəndərovanın iddiasına əsasən çıxarılan məhkəmə qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "report”a vəkil Kamandar Nəsibov məlumat verib.

O bildirib ki, hakim Xəyal Sarıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində çıxış edərək Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməli olduğunu deyib.

K.Nəsibov çıxışında Avropa Məhkəməsinin belə işlərlə bağlı təcrübədə olan qərarlarını da misal çəkib. Həmçinin vəkil iş üzrə keçirilən ekspertiza rəyinin həqiqətə uyğun olmadığını bildirib:

"Qarşı tərəfin vəkili bildirir ki, rəyə əsasən, Fəridə Əzizova ilə tanışının nişanlı olmaması barədə yazılanlar təsdiqini tapmadığı halda, bunu şərəf və ləyaqətin tapdanması kimi qiymətləndirmək olar.

Mən isə bildirdim ki, bununla əlaqədar birinci instansiya məhkəməsində məhkəmə-psixoloji ekspertizasının keçirilməsi barədə vəsatət qaldırsam da, əsassız olaraq təmin olunmamışdı.

Əgər həmin ekspertiza təmin edilsəydi və rəyə əsasən, iki şəxs arasında fərqli münasibətin olduğu qənaətinə gəlinsəydi, o halda digər ekspertizanın nəticəsinə bilavasitə təsir edərdi.

Yəni həmin şəxslərin qeyri-adi davranışı təsdiq olunsaydı, o halda yazılanlar şərəf və ləyaqət hüququnun pozulması hesab edilməzdi".

Vəsatətə görə, məhkəmənin müəyyən etməli olduğu məsələlərdən biri də iddiaçıların barəsində qeyd olunan məlumatların doğru olub-olmamasının müəyyən olunması üçün iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin olunmalıdır:

Belə ki, iddiaçı Əzizova Fəridə Şıxməmməd qızının geyimi və həyat tərzi, mətbuat vasitəsilə verdiyi müsahibələri, sosial şəbəkələrdə paylaşımları, şəkillərinə yazılmış şərhlər onun psixoloji vəziyyətinin müəyyən olunmasını zəruri hesab edir.

"Nişanlanmısız?" sualını çoxları verib, amma məhkəməyə yalnız bir nəfərlə bağlı müraciət olunub

Fəridə Əzizova iclasda çıxışında bildirib ki, özünün "Instagram" profilində 10 mindən artıq izləyicisi var. O qeyd etdi ki, həmin şəkilləri paylaşarkən rəylərdə izləyicilərdən biri tərəfindən Aysellə nişanlanması barədə sual yazılıb.

Fəridə Əzizovaya həmin şərhi yazan adamın müəyyən etmək mümkün olduğu barədə suala isə cavab olaraq bildirib ki, həmin şərhi yazan şəxsin ad-soyadı və digər məlumatları vardı.

Bu halda vəkil K.Nəsibov bildirib ki, məqalənin başlığı da həmin şərhdəki sualla eyni olub: "Necə olur ki, o şərhi yazanı yox, yalnız müdafiə etdiyim tərəfi məhkəməyə verirsiniz, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı həmin şəxsdən hansısa tələbiniz olubmu?"

F.Əzizova suala "biz elə hamını məhkəməyə verməliyik?” sualı ilə cavab verdi. F.Əzizova digər suallara da adekvat cavab verə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 23:20 Erməni “Meydan”ı...
21 Oktyabr 14:36 Messidən yoxdur, yox…