Tanınmış baş məşqçi evinə qayıdarkən soyğuna məruz qaldı

15 İyul 2020 01:52 Qalmaqal 565
Tanınmış baş məşqçi evinə qayıdarkən soyğuna məruz qaldı

Portuqaliyanın “Rio Ave” klubunun baş məşqçisi Karlos Karvalhal soyğuna məruz qalıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 54 yaşlı mütəxəssis sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, Braqadakı evinə qayıdarkən 3 nəfər qarşısını kəsib. Bu zaman Karvalhalın oğlu Xose Karlos da atasına köməyə gəlib. Nəticədə təcrübəli məşqçi kiçik xəsarətlərlə soyğunçuların əlindən xilas ola bilib. Karvalhal hazırda özünü yaxşı hiss etdiyini söyləyib. Braqa polisi hadisə ilə bağlı araşdırma aparır.

2019-cu ildən “Rio Ave”ni çalışdıran Karlos Karvalhal karyerası ərzində “Suonsi Siti”, “Şeffild Uensdey”, “Başakşəhər”, “Beşiktaş”, “Sportinq” (Lissabon), “Maritimo”, “Asteras”, “Vitoriya”, “Braqa” kimi klublarda da fəaliyyət göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"