"Yəqin ki, daha uzun müddət gözləmək olmayacaq"

15 Noyabr 2023 01:20 Sumqayıt 1 685
"Yəqin ki, daha uzun müddət gözləmək olmayacaq"

Peşəkar Futbol Liqasının (PFL) nümayəndələri "Sumqayıt”ın yenilənmiş Mehdi Hüseynzadə adına stadionunda təftiş aparıb.

Bir müddət öncə açılışı olsa da hələ ki, oyun keçirilməsinə icazə verilməyən idman qurğusunda çox güman hansısa problemlər mövcuddur.

Bəs o problemlər nədən ibarətdir? PFL nümayəndələri hansı qüsurları aşkarlayıblar?

Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in media və marketinq direktoru Sənan Abdullayev qaynarinfo-ya açıqlama verdi:

"Oyunun keçirilməsi üçün müəyyən prosedurlar var. "Sumqayıt”ın müraciəti əsasında orada təftiş apardıq.

Müəyyən qeydlərimiz oldu və onları klubun diqqətinə çatdırdıq. İcra olunmalı müəyyən prosedurlar mövcuddur. Daha ətraflı məlumat üçün klubla əlaqə saxlasanız yaxşı olar”.

"Sumqayıt”ın mətbuat katibi Zaur Xudiyev isə PFL-in kluba bir neçə qüsurla bağlı məlumat çatdırıldığını bildirdi:

"Bir neçə məsələ ilə bağlı iradlar çatdırıldı. Hazırda bu yöndə işlər aparılır.

Yəqin ki, daha uzun müddət gözləmək olmayacaq. Aradan qaldırılacaq xırda nüanslardır.

Sırf oyun təşkilatçılığı ilə bağlı məsələlərdir. Onların içərisində mətbuat nümayəndələri üçün ayrılmış loja ilə bağlı iradlar da var.

Yəni, qlobal problemlər deyil. Hər halda yaxın vaxtlarda klubdan rəsmi açıqlama veriləcək.

Çalışırıq ki, ən qısa zamanda çatışmazlıqları aradan qaldıraq və stadionda oyun keçirək. Bunun nə zaman yoluna qoyulacağı haqda isə dəqiq nəsə deyə bilmərəm”.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı