Bakı milyonçusunun evi hansı qiymətə satılır? - VİDEO

20 Aprel 12:50 Araşdırma 845
Bakı milyonçusunun evi hansı qiymətə satılır? - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb.

Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub.

Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliyev yaşayıb.

Bir neçə ay əvvəl həmin mənzildə Yalçın Əliyevin cəsədi aşkarlanıb. O evdə tək yaşadığından onun ölümündən uzun müddət sonra xəbər tutulub.

Mərhumun cəsədi 7 ay sonra dövlət strukturları tərəfindən aşkarlanaraq dəfn edilib. Hazırda həmin satışa çıxarılıb. Əmlak saytlarından birində satılan 200 kvadrtametr sahəsi olan mənzil 1 milyon 200 min AZN-ə təklif edilir.

Real alıcıya isə endirim ediləcəyi bildirilib.

Ətraflı BAKU.TV-nin süjetində:

Digər Xəbərlər
Xəbər Lenti