Əfsanəvi futbolçu pulu ödəmədi, mühafizəçi tərəfindən saxlanıldı

15 Dekabr 2019 15:05 Qalmaqal 782
Əfsanəvi futbolçu pulu ödəmədi, mühafizəçi tərəfindən saxlanıldı

İngiltərə millisinin sabiq üzvü Pol Qaskoyn bu yaxınlarda xoşagəlməz hadisə ilə üzləşib. Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, əfsanəvi futbolçu Londondakı supermarketlərdən birindən şərab aldıqdan sonra kassaya pul ödəməyi unudub.

Qiyməti təqribən 11 avro olan şərabı götürən veteran oyunçu birbaşa çıxış qapısına yaxınlaşıb. Bu vaxt mühafizəçi onu saxlayaraq, pulu ödəməsini tələb edib. Üzr istəyən Qaskoyn kassaya yaxınlaşaraq, şərabın pulunu verib.

Qeyd edək ki, Qaskoyn dəfələrlə spirtli içki asılılığına görə müalicə alıb. Bu ilk dəfə 1998-ci ildə, keçmiş futbolçu "Midlsbro"da çıxış edərkən olub.

Qaskoyn futbolçu karyerası ərzində "Nyukasl", "Tottenhem", "Latsio", "Reyncers", "Midlsbro", "Everton", "Bernli", "Qansu Tyanma" və "Boston Yunayted"də oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"