Mitinqə görə çempionat vaxtından əvvəl başa çatdı

30 Noyabr 2019 20:25 Qalmaqal 1 001
Mitinqə görə çempionat vaxtından əvvəl başa çatdı

Çili Futbol Federasiyası 1 aya yaxındır ölkədə davam edən kütləvi etiraz aksiyalarına görə çempionatı vaxtından əvvəl başa vurub.

Sportinfo.az xəbər verir ki, mövsümün sonuna 6 tur qalsa da, növbəti oyunlar ləğv edilib. "Universidad Katolika" klubu çempion elan olunub.

Qərara əsasən yüksək liqanı heç bir komanda tərk etməyəcək. Aşağı liqadan da elitaya heç bir klub çıxmayacaq.

Bütün klublar təhlükəsizlik səbəbindən çempionatın dayandırılmasını istəyiblər. Mövsümün başa çatmasına 6 tur qalmış ən yaxın izləyicisini 13 xal qabaqlayan "Universidad Katolika" çempion kimi qəbul olunub.

Qeyd edək ki, etiraz aksiyaları zamanı 50-dən çox insan həyatını itirib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”