Səviyyə

27 Yanvar 02:20 Hadisə 793
Səviyyə

Bir vaxtlar azərbaycanlı futbolçular haqda deyirdilər ki, “peraşki” yeyib meydana çıxan futbolçudan nə gözləyəsən?”

İllər keçdi, azərbaycanlı futbolçular kefləri istəyəndə kürü yeyəcək qədər pullar qazanmağa başladılar, amma Avropa səviyyəli futbolçu ola bilmədilər ki, bilmədilər.

Bir vaxtlar azərbaycanlı futbol hakimləri haqda “rüşvət almasalar, hərəsi bir oliqarx, məmur olan klubların sahiblərindən qorxmasalar, bizdə çox yaxşı hakimlər var” deyirdilər. İllər keçdi, oliqarxların, məmurların futbol klublarının üzərindəki qaranlıq kölgələri yoxa çıxdı, bir-ikisi istisna olmaqla bütün klublar AFFA-nın cibindən asılı vəziyyətə düşdü. İndi nə klub sahibi olan məmur-oliqarxlar var, nə hakimlərə rüşvət təklif edən məmur-oliqarxlar, nə də hakimləri saxladıqları quldur dəstələri ilə təhdid edən məmur-oliqarxlar. Amma bizim futbol hakimləri düzəlmir ki, düzəlmir.

Demək ki, nəymiş? Futbolçuların “peraşki” söhbəti də bəhanə imiş, hakimlərə verilən rüşvət, edilən təhdid, təzyiq söhbəti də. Səviyyə budur. Hər zaman da bu idi (komanda.az).

Rəşad Ergün

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı