Ərtoğrul Sağlam: "Ramil Şeydayevi yavaş-yavaş…"

2 Fevral 09:40 Sizdən Bizə 1 251
Ərtoğrul Sağlam: "Ramil Şeydayevi yavaş-yavaş…"

"Kocaelispor"un baş məşqçisi Ərtoğrul Sağlam Türkiyə Birinci Liqasının 21-ci turunun bu şənbə günü “Adanaspor”a qarşı keçirəcəkləri oyun haqda danışarkən, komandaya yeni gələnlərin, o cümlədən azərbaycanlı hücumçu Ramil Şeydayevin adaptasiyasından danışıb.

Sportinfo.az xəbər verir ki, "Bursa.com"a danışan türkiyəli məşqçi məsələ haqda bunları deyib:

"Bu həftə Ramil Şeydayevi yavaş-yavaş oynatmağa başlamışıq. Ona imkan yaradırıq.

Növbəti matçlarda da oynayacaq. Duhan Aksu oynamağa imkan verəcək fiziki vəziyyətə qayıdır.

Cümə gününə qədər bizə daha bir yeni futbolçu qoşularsa, o zaman oyun sistemimizdəki siyahıları tam şəkildə tamamlayacağıq.

Super Liqaya çıxmaq uğrunda mübarizəni davam etdirəcəyik".

Şeydayevin "Kocaelispor"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi