Bu klub birinci liqanı tərk etdi – HAKİM QALMAQALI

29 İyul 2021 15:40 Qalmaqal 606
Bu klub birinci liqanı tərk etdi – HAKİM QALMAQALI

Ukrayna çempionatında birinci liqa qalmaqalla başlayıb.

Sportinfo.az xəbər verir ki, çempionatın ilk turunda “Alyans” “Metallist”ə məğlub olub – 0:2.

Hakim “Alyansı”ın iki futbolçusunu meydandan qovub. Qarşılaşmadan sonra açıqlama verən klubun prezidenti Segey Demçenko çempionatı tərk etdiklərini bildirib:

“Atamla, baş məşqçi və direktorla görüşdüm. Bütün məsələləri müzakirə etdik və qərar gəldik ki, çempionatdan çəkilək.

Biz bütün futbol layihələrimizi dayandırırıq. Ukrayna Futbol Federasiyasından da gedirəm. İctimaiyyətə açıqlama verəcəyik. “Metallist”lə oyun son damla oldu”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!