Futbolçular himni dizi üstə və göz yaşları ilə dinlədi - VİDEO

1 İyul 2020 11:20 Qadın futbolu 730
Futbolçular himni dizi üstə və göz yaşları ilə dinlədi - VİDEO

Qadınlardan ibarət “Çikaqo” futbol klubunun üzvləri qarşılaşmadan əvvəl ABŞ himni səsləndirilərkən emosiyalarına hakim ola bilməyiblər.

Sportinfo.az xəbər verir ki, “Black lives matter” (“Qaradərililərin həyatı önəm kəsb edir”) hərəkatına dəstək olan futbolçular himnin səsləndirilməsi zamanı dizi üstə dayanaraq, hərəkatla həmrəy olduqlarını nümayiş etdiriblər.

Culi Erts və Keysi Şort adlı futbolçular isə qucaqlaşaraq, himnin sonuna qədər göz yaşı axıdıblar.

“Black lives matter” (“Qaradərililərin həyatı önəm kəsb edir”) hərəkatı Corc Floyd adlı vətəndaşın ABŞ-da polislər tərəfindən öldürülməsindən sonra təsis edilib.

Hərəkatda təmsil olunan fəallar qaradərililərin hüquqlarının müdafiəsi ilə məşğul olur.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!