Əfqanıstanlı qadın futbolçuları “Talıban”ın əlindən xilas etdilər

25 Avqust 2021 21:40 Qadın futbolu 690
Əfqanıstanlı qadın futbolçuları “Talıban”ın əlindən xilas etdilər

Əfqanıstanın qadınlardan ibarət yığmasının üzvlərini xilas ediblər.

Sportinfo.az xəbər verir ki, “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ almasından sonra təhlükəli durumla üzləşən qadın futbolçuların taleyi

FİFA-nı da narahat edirdi. Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası bildirib ki, artıq təhlükə sovuşub.

Qadın futbolçular təyyarə ilə Əfqanıstandan çıxarılıblar. Onları Avstraliyaya aparıblar. Onların sağlıq durumlarının qaydasında olduğu bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti