Hər kəs ondan danışır – Amma heç kim həqiqəti bilmir

19 Noyabr 2021 18:40 Problem 432
Hər kəs ondan danışır – Amma heç kim həqiqəti bilmir

Belçika yığmasının baş məşqçisi Roberto Martines Eden Azar haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Azar mütəmadi olaraq zədədən əziyyət çəkir.

Buna görə də 30 yaşlı yarımmüdafiəçi heç cür sabit oyun göstərə bilmir. Martines bildirib ki, belə durum Azarı çox məyus edir:

“İndi Azar çox məyusdur. O, həmişə komandanın bir parçası olub. Amma indi zədəyə görə heç cür oyun ritmini tuta bilmir.

Hər kəs ondan danışır, ancaq heç kim də həqiqəti bilmir”.

Azar cari mövsümdə “Real”ın heyətində 10 oyunda meydana çıxıb və 1 qol ötürməsi edib. Bir müddət əvvəl yayılan məlumatda isə bildirilirdi ki, belçikalı “Real”ı tərk edə bilər. Onun “Çelsi”yə qayıdacağı iddia olunur.

Digər Xəbərlər
Xəbər Lenti