"Üzülməyə vaxtımız yoxdur, hər şey baş verə bilər"

15 Noyabr 2021 00:10 Problem 361
"Üzülməyə vaxtımız yoxdur, hər şey baş verə bilər"

DÇ-2022-nin seçmə mərhələsində evdə Latviya ilə oyunda (0:0) vacib 2 xal itirən Norveç millisinin baş məşqçisi Stale Solbakken açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 53 yaşlı norveçli mütəxəssis son turda Niderlandı məğlub etmək istədiklərini deyib:

"Bu oyunda bizim üçün hər şey tam təsrinə oldu. Ümidlər azaldı. Hər şey ola bilər. Son turda Niderlandı məğlub etməliyik.

Monteneqro - Türkiyə matçında da hər şey baş verə bilər. Üzülməyə vaxtımız yoxdur. Son turu düşünməliyik".

Seçmə mərhələnin başa çatmasına 1 tur qalmış Niderland 20 xalla qrup lideridir. Türkiyə və Norveç 18 xalla 2-3-cü yerləri bölüşürlər.

Son turda Niderland Norveçlə, Türkiyə isə Monteneqro ilə qarşılaşacaq. Qrup lideri birbaşa dünya çempionatına vəsiqə qazanacaq. 2-ci pillənin sahibi isə pley-offda mübarizə apacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!