Afrikalılar İtaliya klubunu necə aldadıblar? – İnanılmaz dələduzluq

24 Sentyabr 2021 10:20 Problem 962
Afrikalılar İtaliya klubunu necə aldadıblar? – İnanılmaz dələduzluq

Sankt-Peterburq şəhərində Qərbi Afrikadan olan 4 nəfər həbs olunub.

Sportinfo.az xəbər verir ki, onlar adı çəkilməyən İtaliya klubunu aldadıblar.

Məlumata görə, dələduzlar Danimarka klublarından birinin futbolçusunun transferi üçün cinayət sxemi hazırlayıblar.

Onlar məlumat əldə ediblər ki, populyar İtaliya klublarından biri Danimarka klubunda çıxış edən futbolçu ilə maraqlanır.

Afrikalılar Rusiyada olan tanışlarına müraciət ediblər. O isə onlara saxta pasport hazırlayıb.

Dələduzlar bu pasportu Sankt-Peterburq bankına təqdim edərək hesab açıblar. Daha sonra isə Danimarka klubunun bank rekvizitlərini sənədlərə əlavə edərək İtaliya klubuna göndəriblər.

İtaliya klubu isə “transfer”ə görə onlara 800 min avro ödəyib. Polis həmin şəxslərə qarşı dələduzluq maddəsi ilə cinayət işi açıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"