AFFA paytaxt klubunu bu rayona “köçürür” – YENİ QƏRAR

10 Noyabr 2021 01:50 Səbail 1 138
AFFA paytaxt klubunu bu rayona “köçürür” – YENİ QƏRAR

AFFA böyük futbolu bölgələrə qaytarmağın “yeni yol”unu tapıb.

Federasiya paytaxtda yerləşən klubları rayonlara köçürməyi qərara alıb.

Bu haqda redaksiyamıza son dəqiqə məlumatı daxil olub.

Qurumdan əldə etdiyimiz bilgiyə görə, artıq bununla bağlı ilk real addım atılıb. İcraçı vitse-prezident Elxan Məmmədov bu məqsədlə “Keşlə” rəhbərliyi ilə görüşüb.

AFFA-nın birinci şəxsi qarşı tərəfi yeni plan barədə məlumatlandırıb və gözlənildiyi kimi, razılıq alıb.

“Keşlə”, böyük ehtimalla, Şamaxıya köçürüləcək. İlkin mərhələdə əsas komanda adıçəkilən rayona göndəriləcək. Akademiyanın orada formalaşdırılması prosesinə isə sonra baxılacaq.

Sabiq “bankirlər” ev oyunlarını yeni istifadəyə verilən Şamaxı şəhər stadionunda keçirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı