“O, bədən tərbiyəsi müəllimidirsə, bizimkilər kimdir?”

12 İyul 2021 15:40 Problem 559
“O, bədən tərbiyəsi müəllimidirsə, bizimkilər kimdir?”

“Mançester Yunayted”in sabiq futbolçusu Andrey Kançelskis Avropa çempionatının final oyunu barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Kançelskis İngiltərənin ənənəvi oyun üslubundan imtina etməsini anlamadığını deyib.

O, bunun italyanların işinə yaradığını vurğulayıb: “İngiltərə qol vurduqdan sonra öz oyununu oynamaqdan imtina etdi. Bu da italyanlara, təzyiqi artırmaq üçün şans yaratdı.

Minimal hesabı qorumaq həmişə çətin olur. Əvvəlcədən də demişdim ki, iş penalti seriyasına qalsa, İtaliya qalib gələcək.

İngiltərə qarşılaşmanın əsas vaxtında qalib gəlməli idi. Azarkeşlər Sautqeyti bədən tərbiyəsi müəllimi adlandırılar?

Əgər bədən tərbiyəsi müəlliminin komandası finala qədər gəlirsə, onda bizimkilər kimdir? Azarkeşlərin fikirlərini anlaya bilmirəm.

Uşaqlar, başa düşün, bədən tərbiyəsi müəllimi finala qədər gələ bilməzdi? Hesab edirəm ki, bu, düzgün yanaşma deyil”

Digər Xəbərlər
Xəbər Lenti