"Zirə" tanınmış məşqçinin oğlunu sıralarına qatdı

14 Avqust 2023 09:40 Zirə 4 438
"Zirə" tanınmış məşqçinin oğlunu sıralarına qatdı

«Zirə» növbəti transfer çalışmasını rəsmiləşdirib.

Qəsəbə klubu «Neftçi»nin yetirməsi Ömər Qurbanovu sıralarına qatıb.

2005-ci il təvəllüdlü gənclə 1+1 illik müqavilə imzalanıb.

Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Qurbanov bir müddətdə əvəzedici heyətdə forma geyinəcək və özünü yaxşı tərəfdən göstərərsə, əsas komandanın hazırlığına qatılacaq.

Ömər «Neftçi»nin Sankt-Peterburqda təşkil olunan «Matç TV» kubokuna qatılan qafiləsində yer alan azsaylı gənclərdən biri olub.

17 yaşlı orta sahə oyunçusunun buradan ayrılmasının atası Sənan Qurbanovun Adrian Mutuya köməkçi təyinatıyla eyni vaxta təsadüf eləməsi də maraqlı məqamdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti