DÇ-2022-də Cənubi Amerika zonasının oyunları təxirə salındı

7 Mart 2021 22:00 Problem 526
DÇ-2022-də Cənubi Amerika zonasının oyunları təxirə salındı

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin mart ayında bu zonada keçirilməsi nəzərdə tutulan oyunların təxirə salınması barədə qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, oyunlarda iştirak edəcək bütün Cənubi Amerika futbolçularını vaxtında toplamaq mümkün olmadığı üçün bu cür qərar qəbul edilib.

Avropanın bir sıra aparıcı klubları koronavirus pandemiyası səbəbindən tətbiq edilən səyahət məhdudiyyətlərinə görə utbolçularını milli komandalara buraxmaq istəmir.

Digər Xəbərlər
Xəbər Lenti