Premyer Liqanın üzərindən şübhələri götürmək üçün YENİ ADDIM

4 Dekabr 2020 09:40 Premyerliqa 946
Premyer Liqanın üzərindən şübhələri götürmək üçün YENİ ADDIM

Bilindiyi kimi, Azərbaycan Premyer Liqasının 12-ci turunun 5 dekabr tarixdə keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də 6 dekabrda keçirilməli olan “Zirə” – “Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxması səbəbindən təxirə salınıb.

12-ci turun “Qəbələ” – “Qarabağ” oyunu 6 dekabr, saat 16:00-da “Azersun Arena”da baş tutacaq.

Peşəkar Futbol Liqası bu görüşlərin tarixi ilə bağlı hələ rəsmi qərarını açıqlayıb. Redaksiyamızda olan məlumata görə, təşkilatçı qurum ehtiyatlı tərpənməyi qarşısına məqsəd qoyub.

Burada söhbət nədən gedir, izah edək. Deməli, Premyer Liqanın 7 komandası AFFA rəhbərliyinə bağlılığı ilə bilinən xəstəxanada test verir.

Bir test yoxlaması 75-100 manat civarında dəyişir. Boğazdan götürlən yaxmanın qiyməti başqa, burundan götürülən yaxmanın qiyməti başqa.

Yalnız «Sumqayıt» istisnadır. «Kimyaçılar» maliyyə vəziyyətinin əl vermədiyini bildirərək, təmsil etdiyi şəhərdə yerləşən klinikaya üz tutub. Buradan gələn xəbər 18 futbolçunun xəstəliyə yoluxmasıdır, daha 3-4 nəfər isə şübhəyə səbəb olub.

PFL «Sumqayıt» da daxil, «Keşlə», «Sabah» və «Neftçi»nin oyunçularının qarşıdakı günlər ərzində daha bir test verməsini istəyir. Burada xəstəxana seçimi klubların ixtiyarına buraxılmayacaq – hamı eyni ünvana baş çəkəcək.

Təxirə salınan oyunların keçirilmə tarixi buna əsasən dəqiqləşdiriləcək. Ancaq istənilən halda matçlar yeni ilə saxlanılmayacaq, ən pis halda ayın sonuna kimi təşkil olunacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!