Kabab iyinə gələnlər

29 Noyabr 2020 19:00 Premyerliqa 535
Kabab iyinə gələnlər

Beynəlxalq Futbol Araşdırmaları şirkəti CIES dünyanın 126 peşəkar liqasında ən çox təmsil olunan ölkələri araşdırıb.

Sportal.az xəbər verir ki, baxımdan braziliyalılar ilk sıradadır.

“Sambaçılar” 23 çempionatda ən çox təmsil olunanlardır. Onları argentinalılar (15) və fransızlar (13) izləyir.

Fransızlar Avropanın əsas çempionatları İngiltərə Premyer Liqası (47 oyunçu), Almaniya Bundesliqası (36) və İtaliya A Seriyası (35) və İspaniya La Liqasında (30) əsas “miqrant” gücdü.

Ən çox görünən köç istiqaməti isə Braziliyadan Portuqaliyayadı. 141 “sambaçı” Pireney ölkəsinin üst liqasında, 106 oyunçu isə ikinci liqada oynayır.

Digər 3 böyük “miqrasiya xətti” qonşu ölkələr arasındadı və daha böyükdən kiçiyə istiqamətlənir: İngiltərədən Uels yüksək liqasına (100), Fransadan Lüksemburqa (93) və İngiltərədən Şotlandiyaya (90).

Azərbaycana gəlincə, Premyer Liqada ən çox təmsil ölunan xarici ölkə Braziliyadı. Çempionatda 9 belə futbolçu çıxış edir. Sonrakı sıralarda hərəyə 7 oyunçu ilə qonşu Rusiya və Serbiya qərarlaşıb.

Çempiontımızda Fransadan 5 futbolçu çıxış edirsə, Ukrayna, İran və Xorvatiyadan 3 oyunçu var. Belçika, Albaniya və Gürcüstan hərəyə 2 oyunçu ilə ilk “10-luğ”u tamamlayır.

Digər Xəbərlər
Xəbər Lenti