"Mahiri çıxmaq şərtilə hamı legioner hücumçulara güvənir"

20 Noyabr 2020 09:40 Premyerliqa 469
"Mahiri çıxmaq şərtilə hamı legioner hücumçulara güvənir"

"Millətlər Liqasındakı rəqiblərimiz ortabab komandalardır və hətta ortadan aşağı səviyyədə olanalar da var".

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

O, Millətlər Liqasının C Liqasının 1-ci qrupunda yer alan yığmamızın uğursux çıxışına sərt münasibət bildirib. Tanınmış məşqçi seçmə mərhələdə cəmi 2 qol vuran komandanın çoxsaylı problemlərlə üzləşməsini qeyd edib.

Təcrübəki mütəxəssis klubları yerli hücumçulara güvənməməkdə qınayıb: "Gəlin götürək, klublarımızda olan hücumçuları. Mahiri çıxmaq şərtilə hamı əcnəbiyə güvənir. Mahirə inamımız var, amma o da son zamanlar az fərqlənir".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi