“Sabah”dan "Zirə"yə kimi...

13 Noyabr 2020 21:00 Premyerliqa 536
“Sabah”dan "Zirə"yə kimi...

Azərbaycan Premyer Liqasında X turun oyun cədvəli məlum olub.

Sportinfo.az xəbər verir ki, noyabrın 21-dəki ilk matçda “Sabah” "Səbail"i qəbul edəcək.

Tura “Zirə” – “Keşlə” qarşılaşması ilə yekun vurulacaq. 2 günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

21 noyabr (şənbə)

14:00. “Sabah” – “Səbail”
“Bank Respublika Arena”

16:00. “Qarabağ” – “Sumqayıt”
“Azersun Arena”

22 noyabr (bazar)

14:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Keşlə”
Zirə İdman Kompleksinin stadionu

Xəbər Lenti