İşə bax, “Neftçi” onlardan da ziyan görə bilərmiş…

12 Noyabr 2020 14:40 Premyerliqa 756
İşə bax, “Neftçi” onlardan da ziyan görə bilərmiş…

AFFA-nın İntizam Komitəsi Premyer Liqanın IX turunda baş verənlərə hüquqi qiymət verib.

Sportinfo.az xəbər verir ki, “Keşlə” – “Qəbələ” oyununda bəzi rəsmi şəxslər “A” buraxılış vərəqəsindən istifadə etmədiyi üçün hər iki klub ayrı-ayrılıqda 800 manat cərimələnib.

“Neftçi”– “Qarabağ” qarşılaşmasında oyunöncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamasına ən geci 45 dəqiqə qalmış) gəlmədiyi üçün meydan sahibi klub 400 manat ödəyəcək.

“Səbail” – “Sumqayıt” oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqların da cəriməsi 800 manat olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!