"Keşlə" və "Sabah"ın futbolçuları millidən kənar qalıb: "Bu, hamımıza problem yaradır"

11 Noyabr 2020 11:20 Premyerliqa 569
"Keşlə" və "Sabah"ın futbolçuları millidən kənar qalıb:

Azərbaycanda çıxış edən moldovalı legionerlər yığmanın düşərgəsinə hələ qoşulmayıb.

Sportinfo.az xəbər verir ki, bunu Moldova millisinin baş məşqçisi Engin Fırat yerli mətbuata açıqlamasında deyib.

Türkiyəli mütəxəssis sabah Rusiya ilə yoldaşlıq görüşü keçirmələrinə baxmayaraq, heyətin tam komplektləşməməsindən gileylənib.

Çalışdırıcı 4 oyunçunun düşərgəyə hələ qoşulmadığını bildirib ki, onlar arasında “Keşlə”nin qapıçısı Stanislav Namaşko və “Sabah”ın yarımmüdafiəçisi Yevgeni Koçuk da var:

“Bəziləri müxtəlif səbəblərdən vaxtında gələ bilməyib. Koronavirus hamımıza problem yaradır. Ümid edirəm ki, hər hansı bir sürpriz yaşanmayacaq”.

Moldova yığması Millətlər Liqası çərçivəsində noyabrın 13-də Yunanıstan, bundan üç gün sonra isə Kosovo ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti