AFFA və PFL-dən Premyer Liqa ilə bağlı MÜHÜM QƏRAR

9 Noyabr 2020 10:40 Premyerliqa 1 069
AFFA və PFL-dən Premyer Liqa ilə bağlı MÜHÜM QƏRAR

AFFA və Peşəkar Futbol Liqası (PFL) Premyer Liqanın yaxın tarixi ilə əlaqəli yeni qərar alıb.

Sportinfo.az-a daxil olan məlumata görə, uzun müzakirələrdən sonra çempionatın dayandırılması fikri üzərində dayanılıb.

Təqvimdə 10-cu turun noyabrıın 21-22-si aralığıında keçirilməsi nəzərdə tutulub.

Əgər həmin tarixədək Azərbaycanda koronavirusa gündəlik yoluxma 2500-i ötərsə, təşkilatçılar Premyer Liqanın növbəti 2 turunu minimum 15 gün müddətinə ertələyəcək.

Müqayisə üçün bildirək ki, dünənə olan yoluxma sayıı 1500-i keçib.

Xəbər Lenti