"Sabah" və "Zirə"dən ordumuza dəstək - FOTO

8 Noyabr 2020 17:40 Premyerliqa 344
"Sabah" və "Zirə"dən ordumuza dəstək - FOTO

Azərbaycan Premyer Liqasının IX turunun son oyununda “Sabah” “Zirə”ni qəbul edir.

Sportinfo.az xəbər verir ki, “Bank Respublika Arena”da təşkil olunan qarşılaşma zamanı komandalar Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.

Görüşdən öncə futbolçular meydana “Qələbəyə bir nəfəs qədər yaxınıq” sözləri əks olunmuş pankartla çıxıblar. Bununla komandalar Dağlıq Qarabağda terrorçu ermənilərlə mübarizə aparan Orduya dəstək göstəriblər.

Səslənən dövlət himni zamanı “Zirə”nin milliləşdirilmiş braziliyalı futbolçusu Riçard Almeydanın da himni oxuması diqqətdən yayınmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı