Premyer Liqanın dayandırılması ilə bağlı MƏSLƏHƏTLƏŞMƏ

6 Noyabr 2020 15:10 Premyerliqa 1 039
Premyer Liqanın dayandırılması ilə bağlı MƏSLƏHƏTLƏŞMƏ

Xəbər verdiyimiz kimi, bu gün keçirilməli olan Azərbaycan Premyer Liqasında IX turunun "Sabah" - "Zirə" oyunu təxirə salınıb (

https://www.sportinfo.az/idman_xeberleri/premyer_liqa/97488.html).

Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev bildirib ki, Masazır klubunun bəzi futbolçularında koronavirus şübhəsi təsbit edilib.

Redaksiyamıza daxil olan son məlumata görə, hazırda AFFA və PFL rəhbərliyi çempionata müvəqqəti ara verilməsi məsələsini müzakirə edir. Çünki 3 klubun 6 və ya daha çox oyunçusuna xəstəlik əlamətləri tapılıb.

Bununla bağlı Nazirlər kabineti yanında Operativ Qərargahla fikir mübadiləsi aparılır. PFL hələlik yaoışmanın dayandırılmasını istəmir.

Təşkilatçı qurum bu fikirdədir ki, testi neqativ çıxan komandaların meydana çıxmasında problem yoxdur. AFFA isə Premyer Liqanın dekabradək təxirə salmağa tərəfdardır.

SPORTİNFO.AZ

Xəbər Lenti