"Sumqayıt" və "Zirə"dən Gəncəyə dəstək

18 Oktyabr 2020 17:20 Premyerliqa 488
"Sumqayıt" və "Zirə"dən Gəncəyə dəstək

Azərbaycan Premyer Liqasının 6-cı turunun son qarşılaşması- “Sumqayıt” – “Zirə” matçı üçün də xüsusi hazırlıq görülüb.

Sportinfo.az xəbər verir ki, hazırda davam edən “Kapital Bank Arena”dakı oyuna hər iki komanda, həmçinin hakimlər briqadası “Kəpəz”in forması ilə çıxıb.

Bu, erməni təxribatının qurbanı olan Gəncəyə dəstək xarakteri daşıyıb. Bununla da terrorçu Ermənistanın raket bombalarından əziyyət çəkən ölkənin ikinci böyük şəhərinin klubuna dəstək nümayiş olunub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu