"Neftçi" və "Sabah xüsusi formalarla meydana çıxdı

18 Oktyabr 2020 16:00 Premyerliqa 772
"Neftçi" və "Sabah xüsusi formalarla meydana çıxdı

Azərbaycan Premyer Liqasının 6-cı turunda hazırda davam edən “Neftçi" – “Sabah” oyunu üçün xüsusi hazırlıq görülüb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma 18 oktyabr Azərbaycan dövlət müstəqilliyi günündə keçirildiyindən komandalar stadionda pankart açılıb.

Pankartın üzərində “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” sözləri yazılıb.

Turun ilk oyun günündə olduğu kimi bu matçda da Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycan Ordusuna dəstək nümayiş olunub. Komandalar və hakimlər üzərində “Torpaq, əgər uğrunda ölən varsa vətəndir” sözləri və Azərbaycanın xəritəsi əks olunmuş xüsusi formalarla çıxıblar.

Xəbər Lenti