"Azərbaycandan təklifim var idi, koronavirusa görə getmədim"

7 Oktyabr 2020 14:36 Premyerliqa 740
"Azərbaycandan təklifim var idi, koronavirusa görə getmədim"

Portuqaliyalı Pedrinyo Azərbaycandan təklif alıb.

Sportinfo.az xəbər verir ki, bunu 28 yaşlı yarımmüdafiəçi özü yerli mətbuata müsahibəsində deyib.

Lakin orta sahə oyunçusu Latviyaya yollanmağı üstün tutub. “Pakuş Fereyra” ilə müqavilə müddəti başa çatan Pedrinyo “Riqa” klubu ilə anlaşıb.

Pedrinyo ilk dəfə Portuqaliyadan kənarda çıxış edir. O, Azərbaycandan gələn təklifi rədd etməsinin səbəbini də açıqlayıb:

“Moldova və Azərbaycandan təkliflərim var idi. Düzdür, koronavirus pandemiyası ilə bağlı vəziyyəti nəzərə alıb Latviyanın daha təhlükəsiz olacağını düşündüm. Lakin son vaxtlar burada da yoluxma halı artıb. Həm də daha yüksək rəqabətli çempionatda oynamaq istədim”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı