"Neftçi" "Zirə" ilə bacarmadı, Qəbələdə bərabərlik qeydə alındı - YENİLƏNİB

3 Oktyabr 2020 17:54 Premyerliqa 1 086
"Neftçi" "Zirə" ilə bacarmadı, Qəbələdə bərabərlik qeydə alındı - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında daha 2 oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk matçı əyalətdə baş tutub.

“Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Günün son oyununda isə “Zirə” və “Neftçi” komandaları üz-üzə gəlib. Bu qarşılaşmada isə meydan sahibləri qələbəyə seviniblər.

Turun açılış oyununda “Keşlə” səfərdə “Sabah”ı 2:0 hesabı ilə məğlub edib. “Qarabağ” – “Səbail” matçı isə təxirə salınıb.

“Qəbələ” – “Sumqayıt” 1:1
Qol: R.Utriq, 44 – Ə.Qurbani, 26.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu.

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 77. Merab Giqauri, 32. Nikolas Raysel, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 5. İdris İnqilablı.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 99. Ceyms Adeniyi, 22. Rodriqo Qattas, 13. Yurgen Qoxa, 71. Rüfət Əhmədov.
Baş məşqçi: Elmar Baxşıyev.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 15. Hüseyn Cəfərov, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.

“Zirə” – “Neftçi” 1:0
Qol: D.Volkov, 90+5.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəhim Həsənov.
Zirə İdman Kompleksinin stadionu.

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 3. Ali Sisey, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 10. Ağabala Ramazanov, 5. Kərim Diniyev, 17. Kayo Rangel, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.
Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 91. Tallison Dias, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 2. Cabir Əmirli, 19. Fəhmin Muradbəyli, 10. Saman Nərimancahan, 13. Prins İbara, 20. Mert Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Füzuli Məmmədov.

Digər Xəbərlər
Xəbər Lenti