Azərbaycan Premyer Liqası yenə təxirə salınır?

28 Sentyabr 2020 11:48 Premyerliqa 850
Azərbaycan Premyer Liqası yenə təxirə salınır?

Azərbaycan Premyer Liqası təxirə salına bilər.

Sportinfo.az xəbər verir ki, bu, ölkədə hərbi vəziyyətin elan olunması ilə əlaqədardır. Hərbi vəziyyət rejimində yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması həyata keçirilə bilər.

Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev "report"a açıqlamasında məsələ ilə bağlı hazırda heç bir məlumatın olmadığını bildirib.

PFL rəsmisi qərar qəbul ediləcəyi təqdirdə, rəsmi sayt vasitəsi ilə ictimaiyyətə çatıdırılacağını vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!