"Neftçi" evdə "Qəbələ"nin əlindən güclə qurtuldu

27 Sentyabr 2020 20:57 Premyerliqa 732
"Neftçi" evdə "Qəbələ"nin əlindən güclə qurtuldu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son qarşılaşması “Neftçi” ilə “Qəbələ” arasında baş tutub.

Paytaxt klubu rəqibini “Dalğa Arena”da qəbul edib. “Ağ-qaralar” bu oyunda qələbə qazanmaqla turnir cədvəlində vahid liderə çevrilə bilərdi. Əyalət təmsilçisi isə 3 xal qazanacağı təqdirdə sonuncu pillədən qurtulacaqdı.

Qarşılaşmada hesabı məhz qonaqlar açıblar. Amma meydan sahibləri son anda məğlubiyyətdən qaça biliblər. Beləcə, bu qarşılaşma da heç-heçə başa çatıb.

Bu tur “Sumqayıt” – “Qarabağ” (2:2), “Səbail” – “Sabah” (2:1) və “Keşlə” – “Zirə” (2:3) oyunları da baş tutub.

27 sentyabr

“Neftçi” – “Qəbələ” 1:1
Qol: S.Buqrin, 90+4 – R.Muradov, 32.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Dalğa Arena”

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 13. Prins İbara, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 2. Cabir Əmirli, 19. Fəhmin Muradbəyli, 91. Tallison Dias, 29. Sabir Buqrin, 20. Mert Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov.

Baş məşqçi: Füzuli Məmmədov.

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 77. Merab Giqauri, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 55. İdris İnqilablı.

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 99. Ceyms Adeniyi, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 71. Rüfət Əhmədov.

Baş məşqçi: Elmar Baxşıyev.

Digər Xəbərlər
Xəbər Lenti