“Sabah” və “Keşlə” - GƏLİR

26 Sentyabr 2020 15:46 Premyerliqa 465
“Sabah” və “Keşlə” - GƏLİR

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində bu gün keçiriləcək oyunların əmsalları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bukmeker kontorları “Səbail” – “Sabah” və “Keşlə” – “Zirə” matçlarında favoritləri müəyyənləşdirib.

“ASCO Arena”da baş tutacaq qarşılaşmada “Səbail”in qələbəsi 3,80, “Sabah”ın qalib gəlməsi 1,95 əmsaldır. Matçda heç-heçəyə 3,26 əmsal verilib.

“ASK Arena”da isə ev sahibləri şanslıdır. “Keşlə”nin qələbəsi 1,82, “Zirə”nin üç xal əldə etməsi 4,12 əmsalla dəyərləndirilir. Bu görüşdəki heç-heçə 3,48-ə bərabərdir.

"Səbail” – “Sabah” oyunu 18:00-da, “Keşlə” – “Zirə” qarşılaşması 20:15-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"