"Qarabağ" son dəqiqədə məğlubiyyətdən xilas oldu

25 Sentyabr 2020 20:52 Premyerliqa 1 034
"Qarabağ" son dəqiqədə məğlubiyyətdən xilas oldu

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında son iki oyunundan qələbə ilə ayrılan və liderlər qrupunda qərarlaşmış “Sumqayıt” çempion “Qarabağ”ı qəbul edib.

Ötən turda əzəli rəqibi “Neftçi”yə uduzan, ondan öncə Çempionlar Liqasında mübarizəni dayandıran Ağdam təmsilçisi bu oyunda qələbə qazanmaqla yüksəlişə keçmək arzusundaydı.

Sumqayıt təmsilçisi isə doğma meydanda uğurlu seriyanın davamını gətirməyi hədəfləmişdi. Dörd qolun qeydə alındığı matç heç-heçə yekunlaşıb.

Sabah “Səbail” – “Sabah” və “Keşlə” – “Zirə” oyunları keçiriləcək. Tura bazar günü baş tutacaq “Neftçi” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

“Sumqayıt” – “Qarabağ” 2:2
Qol: Ə.Qurbani, 52. C.Xocaniyazov, 54 - K.Ovusu, 59. F.Ozobiç, 90+5.

Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov.

Sumqayıt. “Kapital Bank Arena”, 19:00.

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.

Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.

Baş məşqçi: Ayxan Abbasov.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Gerye, 81. Kevin Medina, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 5. Maksim Medvedev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 66. Cavid Bayramov, 24. Nihad Tamazov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev.

Baş məşqçi: Qurban Qurbanov.

Xəbər Lenti